Xəbər lenti
Paşinyan ruspərəst kadrları vurur... - Səbəb

Ermənistan hökumətində son kadr dəyişikliyi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın xarici siyasət kursunu dəyişdirdiyi təəssüratı yaradır. Rusiya əleyhinə olanlar mühüm postlara təyin olunurlar. Paşinyan Vaqarşak Arutyunyan kimi rusiyapərəst şəxsləri istefaya göndərir, Qərb mərkəzlərinin nəzarətində olan şəxslərə vəzifə verir.
Manevr.az xəbər verir ki, bu barədə erməni mediası yazır.
Qeyd olunur ki, bu cür davranış Rusiya və Rusiyapərəst dairələrin diqqətindən yayınmır. O da iddia olunur ki, bu kimi faktlar sülhməramlıları narahat edir.
“Sünikdəki rus sülhməramlıları erməni əhalisi ilə təmas zamanı narazı olduqlarını gizlətmir və bildirirlər ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasında erməni hökuməti günahkardır. Hökumət hər şey edir ki, Rusiyanın öz vəzifəsini yerinə yetirmədiyi təəssüratı yaransın. Bütün bunlar Qərb qoşunlarını bölgəyə gətirmək məqsədi güdür”,- məqalədə vurğulanır.
Məqalədə diqqət Fransanın Ermənistandakı səfirinin dünən verdiyi açıqlamaya çəkilir, bildirilir ki, diplomat Fransa tərəfinin müdafiə məsələsində Ermənistanın təklifini müzakirə edəcəyini elan edib. Söhbət Minsk qrupuna üzv ölkələrin qoşunlarının bölgəyə gətirilməsindən gedir./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar