Xəbər lenti
Qorxunc virus ştamları gəlir?.. - Rusiyalı professordan ÜST-ə cavab
Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesusun koronavirusun yeni və təhlükəli növünün ortaya çıxması ilə bağlı iddiasına cavab verib.
Manevr.az xəbər verir ki, bu barədə o, lenta.ru-ya açıqlamasında danışıb.
“Bu ola da bilər, olmaya da bilər. Böyük ehtimalla olmayacaq... Bu, ehtimallar məsələsidir. Hər şey virusun əhali arasındakı yoluxma sayından və ya nə qədər insana yoluxmasından asılıdır. Yoluxma nə qədər çox olsa, ehtimal o qədər yüksəkdir”, - professor bildirib.
Aqranovski mutasiyanın davam etdiyini və bu prosesdə ortaya çıxan bir çox virusun məhv edildiyini deyib: “Delta kimi mutasiyalar selikli qişalara daha yaxşı yapışaraq daha çox yoluxucu ola bilir. Amma müxtəlif variantlar ortaya çıxa bilər və hər şey populyasiyadakı virusun həcmindən asılıdır”.
Aqranovski bu günə qədər hazırlanmış peyvəndlərin məlum olan ştammlara qarşı təsirli olduğunu, amma vəziyyətin yalnız texnologiyanın vəziyyətindən yox, həm də peyvəndlənmənin həcmindənm asılı olduğunu söyləyib.
Professor hesab edir ki, Rusiyada yoluxmanın yüksək olması insanların peyvənd vurdurmağa həvəs göstərməməsi lə əlaqədardır.
Qeyd edək ki, ÜST rəhbəri bundan əvvəl dünya miqyasında yoluxmanın artmasına uyğun olaraq, koronavirusun delta variantından da təhlükəli ştamlarının ortaya çıxacağını söyləyib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar