Xəbər lenti
Səfirin qızı qaçırıldı: bütün diplomatlar geri çağırıldı
Əfqanıstan hakimiyyəti Pakistana ezam olunmuş səfirini geri çağırıb. Buna səbəb bir müddət əvvəl paytaxt İslamabadda diplomatın qızının qaçırılmasıdır. Buna cavab olaraq Əfqanıstan belə bir addım atmaq qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Xarici İşlər Nazirliyi yayıb.
“Pakistandakı səfirin qızı qaçırıldıqdan sonra təhlükəsizlik məsələləri həll olunana və cinayətkarlar tutularaq mühakimə edilənə qədər Əfqanıstan İslam Respublikası hökumətinin rəhbərliyi İslamabaddakı səfiri və yüksək səviyyəli əfqan diplomatları Kabula çağırıb”, - deyə açıqlamada qeyd olunub.
Bundan başqa, qurum bildirib ki, bu problemin həll edilməsi üçün Əfqanıstan nümayəndə heyətinin yaxın gələcəkdə Pakistana səfəri planlaşdırılır.
Qeyd edək ki, şənbə günü Əfqanıstan XİN məlumat verərək bildirib ki, 16 iyul tarixində naməlum şəxslər Əfqanıstanın Pakistandakı səfirinin qızını qaçırıblar açıqladı. Qıza işgəncə verilib və bir neçə saat sonra sərbəst buraxılıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar