Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nüfuzlu kino festivalında daş-qaş oğurluğunda Rusiya izi

Tarix: 19-07-2021 09:05     Baxış: 4164 A- / A+
Nüfuzlu kino festivalında daş-qaş oğurluğunda Rusiya izi

Kann festivalının keçirilməsini əminliklə hər ilin ən vacib iki kino hadisəsindən biri adlandırmaq olar. “Oskar”ın təqdim olunması mərasimi qədər Fransadakı mükafatlandırma da böyük diqqətə layiqdir.

Manevr.az xəbər verir ki, Kann festivalı təkcə kino adamlarının diqqət mərkəzində olmur. Həmin günlərdə Fransa şəhərinə xeyli avropalı zəngin şəxs də üz tutur. Üstəlik, kino ulduzları da festivala ciddi maraq göstərir. Bu isə böyük oğurluqlar həyata keçirməkdə məharət göstərmiş cinayətkarların nəzərindən qaçmır.

Aktrisa Codi Terner-Smit oğruların tələsinə düşüb. Onun 20 min avroluq zinət əşyalarını aparıblar. Mətbuata danışan xüsusi xidmət orqanlarının əməkdaşı Patrik Boff bu işdə Şərqi Avropadan gələn cinayətkar dəstənin əli olduğunu bildirib.

Qərb mətbuatı yazır ki, Codi Terner-Smitin işində bir çox detallara aydınlıq gəlib. Burada təkcə şərqiavropalıların yox, rusların da əli olduğu üzə çıxıb. Mütəxəssislər deyir ki, xüsusilə Rusiya cinayətkar dəstələri Kann festivalını hədəf seçib. Onlar hər il kino müsabiqəsini səbirsizliklə gözləyirlər. Cinayətkarlar mühafizəçilərə və otelin şəxsi heyətinə pul verib otel otaqlarının açarlarını əldə edirlər. Boff işçilərin belə asan əməkdaşlığa meyl göstərməsini maaşların aşağı olmasıyla əlaqələndirir. Bir az rüşvət yetər ki, otağın ikinci açarı cinayətkar dəstənin əlinə keçsin. Onlar hətta mühafizə dəstələrinin rəhbərlərinə də çıxış tapırlar. Yəni məsələni bir az yuxarı səviyyədə də həll etmək mümkünsüz deyil.

Terner-Smit “Marriott” otelində qalırmış. Onun otağının qapısını maqnit açar-kartla açıblar.

Cinayətkar dəstələr ulduzların qaldığı otellərdə yerləşmək üçün müxtəlif metodlardan istifadə edirlər. Əsasən Rusiyadan, Rumıniyadan, Bosniya və Herseqovinadan olan oğrular özünü zəngin şəxslər kimi təqdim edir, bahalı mehmanxanalara yol tapırlar. Əsas hədəf festival günlərində başı qarışıq olan ulduzların otaqlarının açarlarını əldə etməkdir. Otelin şəxsi heyətində kimsə əvvəl-axır əməkdaşlığa razılıq verir.

Terner-Smit kiçik səhvə yol verib. O, qırmızı xalı üzərində brilyantlarla bəzədilmiş “Gucci” şirkətinin geyimində görünüb. Beləcə, aktrisa diqqət mərkəzinə düşüb və məhz onun otağını soyublar./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar