Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni nazir daha böyük vəzifəyə gətirilir?

Tarix: 19-07-2021 08:15     Baxış: 3164 A- / A+
Erməni nazir daha böyük vəzifəyə gətirilir?

Ukraynanın keçmiş daxili işlər naziri, erməni əsilli Arsen Avakov yenidən Nazirlər Kabinetinə, həm də daha böyük vəzifəyə qayıda bilər.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə hakim Xalqın Xidmətçisi Partiyasından deputat David Araxamiya məlumat verib.

Onun sözlərinə görə, payız ayında siyasi aktivlik artmağa başladıqdan sonra Arsen Avakov prezident komandasına dəvət ediləcək.

“Bu tərəflərin razılaşması ilə sentyabrda baş verəcək. Bizim hökumətdə hələ çox vəzifə var. Buraya baş nazirin 3-4 müavini də daxildir”, - deyə deputat Araxamiya bildirib.

Ukraynalı siyasətçi son qərarın keçmiş nazirə buraxılacağını qeyd edib.

“Bizimki təklif etməkdir, razılıq qərarını isə onun özü verəcək”, - deyə Araxamiya söyləyib.

Xatırladaq ki, Arsen Avakov bu ilin iyul ayının 13-dən Ukrayna daxili işlər naziri vəzifəsindən istefa verib.

O, bu quruma 2014-cü ilin fevral ayından rəhbərlik edirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar