Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əhalinin 65 faizdən çoxu Makrondan narazıdır

Tarix: 18-07-2021 15:09     Baxış: 4132 A- / A+
Əhalinin 65 faizdən çoxu Makrondan narazıdır


Fransa Prezidenti Emmanuel Makronun karantin rejiminin sərtləşməsi ilə bağlı açıqlaması gənclər arasında populyarlığının kəskin azalmasına səbəb olub.

Manevr.az report-a istinadla xəbər verir ki, bunu "Ifop" tərəfindən həftəlik "Le Journal du Dimanche" qəzeti üçün aparılan sorğunun nəticələri deməyə əsas verir.

Xüsusilə peyvənd olunmayan tibbi personalın işdən çıxarılmasını müdafiə edən Makronun hərəkətləri, 25 yaşdan 34 yaşa qədər olan insanların 68% -i tərəfindən qınanıb.

Sorğuda iştirak edən sənətkarlar və ticarət işçilərinin 70 faizi, firma, müəssisə sahiblərinin 67 faizi, əhalinin orta təbəqələri arasında, xüsusən də işçilərin 68 faizi prezidentdən narazıdır. Sorğu 13-15 iyul tarixlərində 984 nəfər arasında keçirilib.

Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə vətəndaşlara müraciətində bildirib ki, tibb işçilərinin peyvəndlənməsi məcburidir, sərhədlərdə nəzarət gücləndiriləcək, COVID-19 epidemiyası ilə bağlı PCR testləri ödənişli olacaq, ictimai yerlərdə avqustun əvvəlindən sanitar pasport tələb olunacaq.

Eyni zamanda iyulun 21-dən teatr, konsert, festivallarda və attraksion parklarında sanitar pasport tələb olunacaq. Ölkədə 50 nəfərdən çox insanın toplaşdığı məkanlara COVID pasportu olmadan girişə icazə verilməyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar