Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Fransanın “peşka“sına çevrilir - Gizli danışıqlar...

Tarix: 18-07-2021 14:20     Baxış: 4152 A- / A+
Paşinyan Fransanın “peşka“sına çevrilir - Gizli danışıqlar...

“Bəzi məlumatlara görə Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı hüquqi qüvvədən salmaq üçün Yerevan, Paris və BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər. Bildiyiniz kimi, bu sənədi Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıblar. Bu Bəyanat bölgədəki müharibəni dayandırıb”.

Bu sözlər “Moskovskiy komsomolets” qəzetində nəşr edilən məqalədə yer alıb.

“Lakin bu sənədi imzalayan üç tərəfdən birinin bu gün başqa maraqları ola bilər. Diplomatik mühitə yaxın mənbədən verilən məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnaməsinə yenidən baxılması təklifi ilə yeni planın qəbul edilməsi imkanlarını nəzərdən keçirirlər. Dürüst olaq, əgər bu məlumat təsdiqlənərsə, gələcəkdə belə addımın atılması bütün dünya siyasəti üçün ağır nəticələrə səbəb ola bilər.

Bəlkə də rəsmi Paris, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini qəbul edərək, “əsas skripka” rolunu oynayacağı status-kvo yaratmaq istəyir. Bundan əlavə, bu layihəyə görə, Fransız qoşunlarının yalnız Cənubi Qafqaza daxil olması və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi deyil, həm də Qarabağa girməsi ehtimalı nəzərdən keçirilə bilər. Bundan sonra nə olacağını təxmin etmək çətin deyil.

Bundan sonra Avropa İttifaqının digər dövlətləri orada, Napoleon əsgərlərinin nəsillərini izləmək istəməzmi?

Yeri gəlmişkən, Ermənistana xarici müdaxilə fikrini ilk səsləndirən Nikol Paşinyan idi və 17 iyul 2021-ci ildə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı da bu fikri yenidən təkrarladı. Qeyd etmək lazımdır ki, Mişel - Makron - Nikol Paşinyan sanki “populistlər ittifaqını” təmsil edir. Fransanın bu yolla Ermənistanı Zaqafqaziya bölgəsində şəxsi geosiyasi forpostuna çevirmək istəməsi mümkündür.

Fransanın ambisiyaları başa düşüləndir. Göründüyü kimi, Qarabağ müharibəsinin noyabr ayındakı nəticəsi və əsasən Vladimir Putinin səyləri sayəsində bağlanan üçtərəfli razılaşma, Emmanuel Makronun istəklərini təmin etmədi. İndi baş verənlər yalnız bölgəyə qayıtmaq və orada möhkəmlənmək cəhdləridir.

Aydın məsələdir ki, Rusiya diplomatiyası əsnəməməlidir. Rusiya, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, xüsusən də öz mənafelərini bu və ya digər şəkildə təsir edə biləcək qətnamələrə veto qoymaq hüququna malikdir.

Aydındır ki, bu oyunda Ermənistan baş naziri yalnız böyük siyasətin piyadası rolunu oynaya bilər. Böyük oyunçuların sonda bu cür piyadalarla necə davrandıqlarını da yaxşı bilirik” , - məqalədə qeyd olunub./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar