Xəbər lenti
Qədim Misirlilərin alimləri şoka salan DƏQİQ HAMİLƏLİK TESTİ: arpa, buğda... -ŞƏKİLLƏR
Bütün zamanlarda hamiləliyin müəyyən edilməsi maraq doğurub. Hələ qədim dövrlərdə hamiləliyi müxtəlif üsul və vasitələrlə müəyyən etməyə çalışırdılar. Bəzən müasir dövrümüzdən arxaya baxanda bu vasitələrin əksəriyyəti gülünc görünürdü. Lakin qədim misirlilərin dəqiq hamiləlik testi müasir elm adamlarını sözün əsl mənasında təəccübləndirib.
Xarici mediaya qədim misirlilərin hamiləlik testini necə müəyyən etdiklərinin sirrini təqdim edir.
Kopenhagen Universitetinin mütəxəssisləri qədim Misirə aid “Carlsberg papirus” kolleksiyasını araşdırarkən şok yaşadacaq ixtira ilə üzləşiblər. O dövrün tibbi qaynaqlarında – təxminən 3500 yaşı olan tibbi traktatda (təxminən 1400 e.ə.) bir qadının hamilə olub-olmadığının izahı təsvir edilib.
Qədim misirlilər hamiləlik testləri üçün material olaraq dənli bitkilərdən, xüsusilə, arpa və buğdanı istifadə edirmişlər. İki torba götürülürdü – biri arpa ilə, digəri isə buğda ilə doldurulurdu. Hamiləliyi yoxlanılan qadının sidiyi hər iki torbaya əlavə edilirdi. Əgər hansısa torbalardan birində cücərti olurdusa, deməli qadın hamilədir...
Ən təəccüblüsü isə doğulacaq uşağın oğlan və ya qız olmasının dəqiq proqnozu idi: əgər sidiklə təmas zamanı arpa cücərirdisə, uşaq oğlan, buğda cücərirdisə, qız doğulacaqdı.
Hələ 1963-cü ildə aparılan araşdırma zamanı qədim misirlilərin sözügedən hamiləlik testinin təxminən 70 % etibarlı nəticələr verdiyi aşkar edilib. Cinsin təyini isə nadir hallarda səhv ola bilərdi. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar