Xəbər lenti
Zəngəzurda Paşinyanın yolunu bağlayanlar işdən çıxarılıblar

Zəngəzur mis-molibden kombinatında 40 nəfər işdən çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” qəzeti məlumat yayıb.
Bildirilir ki, 40 nəfərin işdən çıxarılması haqda əmri kombinatın direktoru Paraq Yohannes Bxat verib.
Çıxarılanlar arasında sex rəisləri, təhlükəsizlik departamentinin müdiri, işçiləri, energetiklər, direktorun müaşvirləri və köməkçiləri, direktorlar şurasının sədrinin müşaviri Qarnik Kazaryan da var. Qəzetin bildirdiyinə görə, işdən qovulanlar əsasən vilayətin keçmiş qubernatoru və sabiq direktorun dostları və tanışlarıdır. Hazırda isə kombinatın direktorlar şurasının üzvü, “Ermənistan” seçki blokundan deputatlığa namizəd Vaqe Akopyandır.
Qəzet xatırladır ki, işdən çıxarılanlar digər əməkdaşlara Nikol Paşinyana səs verməmələri üçün təsir göstəriblər və Paşinyanın bölgəyə səfəri zamanı da yolu bağlayıblar.
Kombinatın direktoru Perç Xaçatryan kombinatda istintaq tədbirləri aparıldığından məlumatı şərh edə bilməyəcəyini deyib./unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar