Xəbər lenti
Bələdiyyə polisi qaydanı pozdu və özünü cərimələdi

Türkiyənin İzmir şəhərinin Urla rayonunda zabıta (bələdiyyə polisi) məmuru Erkut Özkocabıyık motosikletini piyada səkisinə park edib, bu vaxt yaxınlıqdan keçən yaşlı qadın məmura qaydanı pozduğunu xatırladıb və etirazını bildirib.
Manevr.az xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına görə, rəsmi uniformada olsa da, zabıta məmuru öz hərəkətinin yanlış olduğunu etiraf edib və qadından üzr istəyib. Və ona söz verib ki, qaydanı pozduğu üçün lazım olan tədbiri görəcək.
Həmin gün Özkocabıyık özü barəsində “piyada səkisində gediş-gəlişi əngəlləmək” maddəsi ilə protokol tərtib edib və 204 TL məbləğində cərimə yazıb. Məmur həmin gün cəriməni ödəyib. Özkocabıyık özü barəsində yazdığı cərimə protokolunu və cəriməni ödədiyini sübut edən qəbzi sosial şəbəkə hesabında paylaşıb./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar