Xəbər lenti
Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenin adından uydurma cümlələr yaydığı üzə çıxıb.
Manevr.az xəbər verir ki, Paşinyanla Blinken arasında telefon danışığı barədə iyulun 13-də Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Lakin ABŞ tərəfi həmin gün bu telefon danışığı haqda hər hansı açıqlama ilə çıxış etməyib.
Daha sonra Dövlət Departamentinin saytında yerləşdirilmiş məlumatın məzmunu isə Paşinyanın mətbuat xidmətinin yaydığı məzmundan kəskin fərqlənib. Məsələn, erməni tərəfinin yaydığı mətndə bildirilir : “Amerika tərəfi Nikol Paşinyanı “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və Ermənistan hökumətinin son illərdə ölkədə demokratik nailiyyətlərin əldə edilməsi üçün atdığı ardıcıl addımları qeyd edib”.
Amerika tərəfinin yaydığı mətndə isə deyilir: “Dövlət katibi 20 iyun seçkiləri ilə bağlı Ermənistan xalqına təbriklərini çatdırıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirməsinə görə bu seçkilərin seçicilərin əsas hüquq və azadlıqlarına hörmət şəraitində keçdiyini, seçkilərdə iştirak edən qüvvələrin azad şəkildə təbliğat kampaniyası keçirə bildiklərini qeyd edib”.
Yaxud erməni tərəfinin mətnində bildirilir: “ABŞ dövlət katibi Nikol Paşinyanın seçkiqabağı gərginliyin dinc həllinə və müxalifətlə sivil münasibətlərin qurulmasına dair göstərdiyi səyləri yüksək qiymətləndirib”.
ABŞ tərəfinin yaydığı mətndə isə bu haqda heç nə deyilmir. Eləcə də Dövlət Departamentinin yaydığı mətndə Blinkenin Paşinyanı korrupsiya ilə mübarizə, məhkəmə islahatları sahəsində gördüyü işlərə görə də təriflədiyi haqda heç nə yoxdur. Amma bütün bunlar erməni tərəfinin yaydığı mətndə yer alır.
“Yerevan.today” Paşinyanın xarici ölkə liderləri ilə telefon danışıqlarına dair birinci dəfə deyil ki, təhrif edilmiş mətnlər yaydığını bildirir. Məsələn, bu il fevralın 25-də, Ermənistanda generalların baş nazirin istefasını tələb etdiyi vaxtlarda Paşinyanla Putin arasında telefon danışığına dair erməni tərəfinin yaydığı məlumatda Rusiya prezidentinin “Ermənistanın qanuni hakimiyyətini” dəstəklədiyi bildirilirdi. Kremlin məlumatında isə heç bir “qanuni hakimiyyət” ifadəsi yer almırdı və qeyd olunurdu ki, prezident Putin Ermənistanda sakitliyin, qayda-qanunun bərpasına, vəziyyəti qanun çərçivəsində nizamlamağa çağırıb./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar