Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurda yüksək vəzifəlilərin HƏBS DALĞASI - Paşinyan təmizliyə başlayır?

Tarix: 15-07-2021 14:25     Baxış: 4331 A- / A+
Zəngəzurda yüksək vəzifəlilərin HƏBS DALĞASI - Paşinyan təmizliyə başlayır?

Son günlər Ermənistanın Azərbaycanla həmsərhəd Sünik (Qərbi Zəngəzur) vilayətində ard-arda həbslər aparılır.

Manevr.az xəbər verir ki, həbs edilənlərdən biri də Kacaran şəhərinin meri Manvel Paravazyandır.

Manvel Paravazyanın vəkili Lüsine Sahakyan bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Paravazyanın evində axtarış aparıb, daha sonra onu İravana apararaq həbs ediblər. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi Paravazyanın hansı əməlinə görə həbs edildiyini açıqlamayıb.

Paravazyanın vəkilinin sözlərinə görə, o Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinib. O, rüşvət və sabotaj olayları, 4 il əvvəl baş vermiş torpaq alış-satışı, ucuz qiymətə torpaq alıb, baha qiymətə Zəngəzur mis mədən kombinatına satmaqda günahlandırılır.

Vəkil Sahakyanın sözlərinə görə, Paravazyanın bu işlərlə heç bir əlaqəsi yoxdur. Paravazyan ona qarşı qaldırılan cinayət işlərini rədd edir. Bütün bunların onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

Qeyd edək ki, Sünik meriyasının bəzi rəhbərləri Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyənnaməni imzaladığına görə, baş nazir Paşinyanın istefasını tələb etmiş, onun Sünikə səfərinə əngəl törətmişdilər. Hazırda şəhər rəhbərlərindən bəziləri müttəhim, bəziləri isə şübhəli şəxslər kimi saxlanılıb./yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar