Xəbər lenti
İsrail öz raketini vurub - ŞƏKİL

10-21 may tarixlərində baş verən hücumlar zamanı Qəzza zolağından atılan raketlərdən birini vurmaq üçün səmaya göndərilən raket istiqamətini İsrailə daxil olan F-15 təyyarəsinə doğru dəyişib.
Bu haqda İsrailin "Kanal 12” televiziyası məlumat verib.
Raket təyyarənin gövdəsinə çatmazdan bir neçə saniyə əvvəl "Dəmri qübbə” tərəfindən məhv edilsə də qəlpə parçaları təyyarəyə dəyib.
Məlumatda qeyd olunub ki, təyyarə heyəti hadisədən hər hansı zərər görməyib.
İsrail ordusu hadisə ilə əlaqədar istintaq başladıb. Bu, "Dəmri qübbə”nin Qəzzadakı son qarşıdurma zamanı İsrail hədəflərini vurması ilə bağlı ilk hadisə deyil.
Hadisələr zamanı "Dəmri qübbə” tərəfindən İsrailə məxsus 1 pilotsuz uçan aparat (PUA) da səhvən vurulub.
İsrail ordusunun məlumatına əsas qüvvə Qəzzadan atılan və sayları təxminən 4 min olan raketlərin 90%-ni zərərsizləşdirməyi bacarıb. Bu isə o deməkdir ki, təxminən 400 raket qübbədən yayına bilib.sfera.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar