Xəbər lenti
Dünyanın öldü bildiyi birinci xanım sağ imiş - ŞƏKİL

Haiti Prezidenti Jovenel Moizə qarşı sui-qəsd nəticəsində onunla birlikdə qətlə yetirildiyi deyilən birinci xanım Martin Moizin sağ qaldığı məlum olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Martin Moiz öz tvitter hesabında müalicə aldığı xəstəxanadan şəkil paylaşaraq ona dəstək olan hər kəsə təşəkkür edib. Bildirib ki, basqın zamanı ağır yaralansa da, həyatda qala bilib. Prezident isə aldığı yaralardan dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moizin yaşadığı iqamətgaha bir qrup şəxs tərəfindən silahlı hücum təşkil olunub. Hazırda hücumda təqsirli bilinən bir qrup şəxs saxlanılıb və istintaq davam edir.
Xatırladaq ki, dünyanın aparıcı KİV orqanları ölkənin birinci xanımının da həlak olduğunu yazmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar