Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktoruna 208 il həbs cəzası verildi - Meksikada

Tarix: 15-07-2021 09:26     Baxış: 4148 A- / A+
Məktəb direktoruna 208 il həbs cəzası verildi

Meksikanın paytaxtı Mexikoda 2017-ci ildə baş vermiş zəlzələ nəticəsində çökən Enrike Rebsamen adına özəl ibtidai məktəbin məsul direktoru ehtiyatsızlıqdan 26 nəfərin ölümünə səbəb olmaqda ittiham edilərək, 208 il müddətinə həbs cəzasına məhkum edilib.

Manevr.az xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb.

“Mexiko şəhərinin Baş Prokurorluğu bildirir ki, prokurorluğun təqdim etdiyi istintaq və sübutlar nəticəsində cinayət məhkəməsinin hakimi 26 nəfərin qətlində təqsirləndirilən şəxsə 208 il müddətinə həbs cəzası verib”, - deyə prokurorluğun saytında yerləşdirilən məlumatda qeyd olunub.

Həbs edilməklə yanaşı o, maddi zərərin əvəzi kimi insident zamanı ölənlərin hər birinin ailəsinə 377,5 min peso (18,9 min dollar) ödəməlidir.

Prokurorluğun açıqlamasında bildirilir ki, Xuan Mario Velarde Qames zəlzələyə meyilli Mexikoda məktəbin lazımi stres testlərini aparmadan və inzibati və inşaat qanun pozuntularına əhəmiyyət vermədən bir strukturun təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, 19 sentyabr 2017-ci il tarixində baş verən zəlzələ zamanı binanın çökməsi nəticəsində 19 uşaq və 7 böyük ölüb./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar