Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi...”

Tarix: 13-07-2021 16:36     Baxış: 4148 A- / A+
Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi...”

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.

"Adamın Ukrayna dilini bilməsi çox xoşdur”.

Manevr.az xəbər verir ki,"RİA” Novosti-nin məlumatına görə, o, bunu jurnalistlərlə "Ukrayna 30. Humanitar siyasət” konfransı çərçivəsində təşkil edilən söhbəti zamanı söyləyib.

Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edib.

"Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm”, - deyə Zelenski bildirib.

O həmçinin rus və Ukrayna xalqları arasındakı yaxınlığa dair tezisi də qiymətləndirib.

"Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”, - deyə Ukrayna prezidenti qeyd edib.

Bir gün əvvəl Vladimir Putin "Ruslarla ukraynalıların tarixi birliyi haqqında" adlı məqalə dərc edib. Məqalədə qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar