Xəbər lenti
Deputat sərxoş halda qaydanı pozdu, polis saxladı və qandalladı

Permdə ötən gün iyulun 8-də Rusiya Dövlət Dumasının üzvü, “Vahid Rusiya” fraksiyasını təmsil edən Aleksey Burnaşov sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. “Mercedes” markalı avtomobilini idarə edərkən sərxoş deputat nəinki yol qaydalarını ciddi şəkildə pozub, həmçinin alkotestdən imtina edib və polis əməkdaşlarının birinə əl qaldırıb.
Təmsil etdiyi partiya Burnaşovun hərəkətlərini pisləyib və onun bu addımının deputat adına yaraşmadığını vurğulayıblar. Polis deputatın əllərini qandallayaraq bölməyə aparıb və ilkin təhqiqat çərçivəsində Burnaşov dindirilib. Lakin qaydalara əsasən Dövlət Dumasının üzvü barəsində cinayət işinin açılması yalnız parlamentin aşağı palatasında onun həmkarlarının razılığı olduğu halda mümkündür.
Burnaşov "Vahid Rusiya" partiyasının siyahısından seçilsə də partiyanın üzvü deyil. Partiyanın Telegram-kanalında yer alan açıqlamada deyilir ki, Burnaşov "insan simasını itirib, özünü aqressiv aparıb, polisləri təhqir edib və hətta onlardan birini vurub"./virtualaz.org
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar