Xəbər lenti
Ermənistan ordusunun korpus komandiri işdən çıxarılıb

Ermənistan Prezidenti Armen Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Aysor” xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Ermənistan konstitusiyasına əsasən, prezident baş nazirin təqdimatı ilə Silahlı Qüvvələrin ali komandanlığını təyin və tutduğu vəzifədən azad edir.
Qeyd edək ki, Q.Xaçaturov 2020-ci il noyabrın 11-də tutduğu vəzifədən istefa verdiyini bildirmişdi. Sonrakı dövrdə o, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı çıxışlar etməyə başlamışdı. Bundan sonra Q.Xaçaturov barəsində cinayət işi başlamışdı.
Xatırladaq ki, o, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun
oğludur. "report"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar