Xəbər lenti
Rusiya nümayəndə heyəti AŞPA-nın toplantısını tərk etdi – Nə baş vermişdi?

Dövlət Duması sədrinin müavini Pyotr Tolstoyun rəhbərlik etdiyi AŞPA-dakı Rusiya nümayəndə heyəti, iyulun 6-da etiraz əlaməti olaraq iclası tərk edib.
Manevr.az xəbər verir ki, pravda.ru-nun məlumatına görə, bu barədə Tolstoy özünün Telegram kanalında danışıb.
Onun sözlərinə görə, "Assambleya reqlamenti pozaraq toplantının gündəliyinə Salondakı parlament üzvlərinin deyil, bütün Assembleya üzvlərinin 3/2 səs çoxluğu ilə qəbul edilməsini nəzərdə tutan növbəti rusofob bəyanat daxil edib. Sözügedən bəyanatın müəllifləri isə bizə düşmən kəsilən qonşumuz Ukraynadır”.
Rusiya nümayəndə heyətinin üzvü, Federasiya Şurası beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarovun dediyinə görə, Tolstoyun ardınca, toplantıya videobağlantı ilə qatılan rusiyalı senatorlar və "Dövlət Dumasından olan həmkarlar" da iclası tərk ediblər.
TASS xəbər verir ki, qəbul edilmiş qətnamənin mətnində deyilir ki, ATƏT Parlament Assambleyası "Rusiya Federasiyasını Krımın qanunsuz işğalına son qoymağa, qoşunlarını, hərbi texnikasını və silahlarını yarımadadan geri çəkməyə ", eləcə də "Qara və Azov dənizlərində, Kerç boğazında naviqasiya azadlığına dair bütün məhdudiyyətləri aradan qaldırmağa çağırır"./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar