Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - ŞƏKİL

Tarix: 07-07-2021 10:21     Baxış: 3182 A- / A+
Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - ŞƏKİL

Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən doqquzunun cəsədi tapılıb.

Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün genetik müayinəyə ehtiyac olacaq.

Hazırda axtarış işləri davam edir.

O da vurğulanıb ki, xilasedicilər və könüllülər cəsədləri dənizdə qabarma başlayana kimi axtaracaqlar.

“Hazırda çəkilmədir, biz cəsədlərin dənizə sürüklənəcəyindən narahatıq. Buna görə axtarışa dalğıc xidmətinin cəlb edilməsi qərara alınıb”, - deyə diyar hökumətinin sədr müavini Serqey Mironov bildirib.

Məlumata görə, təyyarənin qalıqlarını və ölənlərin cəsədlərinin axtarılması üçün qəza yerinə iki helikopter göndərilib. Əlavə olaraq axtarışda quru xilasetmə qüvvələri və könüllülər iştirak edir.

Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.

Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - ŞƏKİL
Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - ŞƏKİL
Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar