Xəbər lenti
Paşinyan diplomatları bağışlamadı: XİN-də baş verənlərin sirri çözüldü
Ermənistan Xarici İşlər Nazirliyində gərgin atmosfer hökm sürür. Şəxsi düşüncəsi olan, peşəkar diplomatlardan qurtulma prosesi davam edir.
Bu barədə “Hraparak qəzeti çərşənbə axşamı dərc olunan sayında yazır.
Bundan əvvəl qəzet 10 diplomatın ailələri ilə xaricə yola salınmasının təxirə salındığını yazmışdı. Hökumət Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməməsinə qərar verib.
Qəzetin yazdığına görə, hökumət indi bu diplomatların “Facebook” hesablarını diqqətlə öyrənir.
“Və Allah eləməsin ki, onlar orada “Vətəndaş razılaşması”nın ünvanına yönəlmiş tənqidi postun altında bir şərh və ya layk tapsınlar. Bu zaman diplomatlar yalnız xaricdə işləmək hüququnu deyil, karyera yüksəlişi perspektivini də itirəcəklər”, - deyə qəzet iddia edir.
Qeyd olunur ki, Ermənistanın Baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan ona qarşı çıxan nazirliyin kollektivini bağışlamamağa qərar verib.
Bununla yanaşı qəzetin məlumatına görə, Xarici İşlər Nazirliyinin işçilərindən səbir etməyi və yeni nazirin təyinatını gözləmələri xahiş olunub.
Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də Nikol Paşinyan Azərbaycanla təmas xəttində situasiyanı deeskalasiya planını elan etdikdən sonra istefa verib. Onun nümunəsini müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan təkrar edib. Sonuncunun istefası qəbul edilməyib, o, hazırda müvəqqəti olaraq Ayvazyanı əvəz edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar