Xəbər lenti
Erməni politoloq: "6 kilometr ərazi itirəcəyik..."
KTMT-nin açıqlamasından sonra Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin.
Manevr.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Ara Papyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür.
O, bu təşkilatın ölü doğulduğunu bildirib.
Papyan, həmçinin Paşinyanın Ermənistanla Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirmək istəməsi fikrini də tənqid edib:
“Paşinyan mitinqdə dedi ki, qoşunlar geri çəkilməli və onlar arasında rusiyalı sərhədçilər yerləşdirilməlidir. Bu o deməkdir ki, Azərbaycan 9 kilometr içəriyə doğru irəllədiyi bəzi ərazilərdə müəyyən yerlərə nəzarəti əlində saxlayacaq. Şərti olaraq desək, onlar 5 kilometr dərinliyə qədər irəlləyiblər. İndi onlar 1 kilometr geri çəkiləcəklər və 4 kilometri özlərində saxlayacaqlar. Yəni biz ümumilikdə 6 kilometr ərazi itirəcəyik. 2 kilometr neytral zona olacaq, 4 kilometr isə Azərbaycanda qalacaq”.
Papyan Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların Ermənistanın razılığı ilə bölgəyə gəldiyini, amma beynəlxalq statuslarının olmadığını deyib.
Qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycan sərhədlərinə də daxil olub və torpaqlarımızı zəbt edi. Vətən müharibəsindən sonra Ordumuz SSRİ xəritələri əsasında sərhədləri bərpa edir. Ermənistan isə zəbt etdiyi torpaqlardan çıxmaq istəmir./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar