Xəbər lenti
İran yenidən karantini sərtləşdirir

İran hökuməti ölkədə koronavirusun "Delta” ştammının yayılması ilə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirləri yeniləmək qərarına gəlib.
"Associated Press” agentliyi xəbər verir ki, hökumət əsas olaraq koronavirusun əhəmiyyətli dərəcədə çox yayıldığı və COVID-19 riski yüksək olan ərazilərdə birinci dərəcəli vacib olmayan ticarət müəssisələrinin bağlanması barədə qərar qəbul edib.
Tehran da daxil olmaqla, 275 şəhərdə bütün ictimai parklar, restoranlar, qənnadı məmulatları satılan dükanlar, gözəllik salonları, ticarət mərkəzləri, kitab mağazaları bağlıdır. Həmçinin, koronavirusa yüksək yoluxma səviyyəsi qeydə alınan şəhərlər arasında gediş-gəlişə də qadağa qoyulub.
Bu yaxınlarda İranın cari Prezidenti Həsən Ruhani "Delta” ştammının qəfil yayılması səbəbindən ölkəsinin koronavirusun beşinci dalğası ilə üzləşəcəyi ilə bağlı narahatlığını ifadə etmişdi.
İranda iyun ayının ortalarından iyul ayının əvvəlinə qədər koronavirusa yoluxma statistikasında artım müşahidə edilir."qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar