Xəbər lenti
"Amazo”nun rəhbəri istefa verdi
Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Amazo”nun qurucusu Ceff Bezos baş direktor vəzifəsindən istefa verib.
Manevr.az xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.
Qeyd olunur ki, "Amazon”un yeni rəhbəri daha əvvəl "Web Services” şöbəsini yaradan və ona rəhbərlik edən Endi Cessi olub.
Bezosun baş direktor vəzifəsindən getmək niyyəti fevral ayından məlum idi. May ayında isə o, vəzifəsindən 5 iyulda ayrılacağını elan etdi. Xatırladaq ki, "Amazon” 1994-cü ilin həmin günü qurulub. 57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin idarə heyətinin sədri olaraq qalacaq və səhmlərinin 10% -dən çoxuna sahib çıxmağa davam edəcək.
Bezos, "Forbes” jurnalının siyahsına görə , 177 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamlarının siyahısına başçılıq edir. "Amazon.com” onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlayıb. Şirkət, ABŞ-dan əlavə Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar