Sizin Reklam Burada
Xəbər lenti
27-01-2025
26-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq Paşinyana qəzəblidir - Taleyi Azərbaycanla imzalanacaq sazişdən asılıdır

Tarix: 30-06-2021 13:16     Baxış: 4165 A- / A+
Xalq Paşinyana qəzəblidir - Taleyi Azərbaycanla imzalanacaq sazişdən asılıdır

Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət “taym-out” götürərək Nikol Paşinyanın addımlarını diqqətlə izləyir.

Manevr.az xəbər verir ki, bu barədə erməni politoloq Armen Baqdasaryan bildirib.

Onun sözlərinə görə, əsas diqqət isə yeni hökumətin Qarabağ və sərhəd məsələsində Azərbaycanla hansı şəkildə danışıq aparacağıdır: “Əgər Paşinyan hökuməti Azərbaycana ciddi güzəştə gedəcəksə, müxalifət etiraz aksiyalarına start verəcək”.

Baqdasaryan qeyd edib ki, hər şey xarici siyasətdə gedişatın inkişaf səviyyəsindən asılı olacaq: “Qarabağ məsələsi ətrafında Azərbaycanla imzalanacaq sazişlə bağlı çox şey danışırlar. Nəzərimcə, radikal müxalifət məhz bu səbəbdən pauza götürüb. Gözləntiləri budur ki, Paşinyanın bu istiqamətdə atacağı addımlar erməni tərəfi üçün çox ağır nəticələr verəcək”.

Politoloqun fikrincə, proseslər iki istiqamətdə inkişaf edə bilər: “Birincisi, Qarabağın gələcəyidir. Bu məsələ ilə bağlı danışıqlar mütləq aparılmalıdır. Bunu ATƏT-in Minsk Qrupu da təkidlə tələb edir. Lakin erməni tərəfi, təəssüf ki, burada subyektivliyini itirib. İkinci məsələ isə, Azərbaycanla sülh razılaşmasıdır. Buraya sərhədlərin demarkasiya və delmitasiyası, habelə dəhliz məsələsi daxildir. “Ermənistan” bloku, xüsusən də Robert Köçəryan bu proseslərdən özü üçün uyğun vaxtı gözləyir. Əlverişli şərait yaranan kimi küçə döyüşlərinə başlayacaq. Hazırkı durum fırtınadan öncəki sükuta bənzəyir”./hit.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar