Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

ÜST rəhbəri: “Əgər bu günə qədər peyvəndlər bərabər paylansaydı...”

Tarix: 28-06-2021 09:02     Baxış: 3134 A- / A+
ÜST rəhbəri: “Əgər bu günə qədər peyvəndlər bərabər paylansaydı...”

“Dünyada koronavirus peyvəndlərinin dünya ölkələri arasında bərabər bölünməsinin təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıracaqdı”.

Manevr.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus açıqlamasında bildirib.

ÜST rəhbərinə görə, peyvənd böhranı qlobal pandemiya ilə mübarizədə təməl zəifliyi göstərir. O, həmçinin böyük maliyyə və geopolitik gücə malik olan dövlətləri də qınayıb: “Bu dövlətlər qlobal peyvənd tədarükü üzərində nəzarət qurublar, dünyanın əksər yoxsulları unudulur. Yüksək gəlirli ölkələr əhalisinin böyük hissəsini peyvənd edə bildilər, səhiyyə və sosial sektorda tədbirləri yumşaltmağa başladılar. Eyni zamanda, az gəlirli dövlətlərdə, ən həssas və risk altında olan əhali üçün hələ də yetərincə peyvəndi yoxdur. Nəticədə bərabərsizlikdən qaynaqlanan iki yollu bir pandemiya görürük”.

Qebreyesus dünya ictimaiyyətini "tədarük boşluğunu" aradan qaldırmaq üçün peyvəndi olmayan ölkələrlə "dərhal paylaşmağa" çağırıb: "Sentyabr ayına qədər əlavə 250 milyon dozaya ehtiyacımız var. 100 milyon dozanın iyun-iyul aylarında verilməlidir”.

O, əlavə edib ki, COVAX mexanizmi çərçivəsində, 2021-ci ilin sonuna qədər 2 milyard doza koronavirus peyvəndi istehsal edilərək dünyaya bərabər paylanmalıdır./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar