Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hökumət qadınlar üçün “çoxərlilik” qanunu təklif etdi: “Qadın “başlıq” pulu ödəyəcəkmi?”

Tarix: 27-06-2021 22:02     Baxış: 3179 A- / A+
Hökumət qadınlar üçün “çoxərlilik” qanunu təklif etdi: “Qadın “başlıq” pulu ödəyəcəkmi?”

Cənubi Afrika hökumətinin “poliandriya” barədə təklifi etirazlarla qarşılanıb. “Poliandriya” bir qadının 2 və daha çox ərinin olmasını nəzərdə tutan nikah formasıdır. Belə nikah forması Tibet tayfalarında dəbdədir. Bu tayfalarda tez-tez qardaşlar ümumi şəkildə bir qadınla evlənirlər.

Amma təbii ki, Cənubi Afrika hökuməti ərlərin qardaş olması kimi bir tələb irəli sürmür. Hökumət sadəcə olaraq, kişi və qadın bərabərliyi prinsipini irəli sürür. Məsələ burasındadır ki, Cənubi Afrikada kişilərə eyni vaxtda çoxlu qadınla evli olmağa icazə verən qanun qüvvədədir. Hökumət də deyir ki, vətəndaş cəmiyyəti təmsilçilərinin təkliflərini nəzərə alaraq hüquq bərabərliyi yaratmaq üçün bu huququ qadınlar üçün də təmin etmək lazımdır.

Professor Kollis Maçoko etirazları təbii qarşılayır: “Söhbət nəzarətdən gedir. Afrika cəmiyyəti tam bərabərliyə hazır deyil. Biz nəzarət edə bilmədiyimiz qadınlarla necə davranacağımızı bilmirik”.

Manevr.az xəbər verir ki, hazırda Cənubi Afrika dünyada ən azad Konstitusiyaya sahibdir. Burada nəinki kişilər üçün çoxarvadlılıq təmin edilib, həmçinin kişilər və qadınlar öz həmcinsləri ilə də ailə qura bilərlər. Konstitusiyada hazırda çatışmayan məsələ də elə qadınlar üçün “çoxərlilik” məsələsidir.

Hökumətin təklifinə ən çox etiraz edən şəxs iş adamı və teleaparıcı Musa Mseleku olub. Nə qədər qəribə olsa da, M.Mselekunun özü eyni vaxtda 4 qadınla evlidir. Onun həmçinin öz arvadları ilə birlikdə yayımladığı realiti-şou ölkədə çox populyardır.

Amma o, qadınlar üçün eyni hüququn tanınmasına qarşı çıxır: “Bu, Afrika mədəniyyətini məhv edəcək. Bəs uşaqlar necə olacaq? Onlar necə biləcəklər ki, hansı uşağın atası kimdir? Hazırda qadın öz üzərinə kişi rolunu götürə bilməz. Bəs bu halda qadın kişiyə görə “başlıq” pulu ödəyəcəkmi? Bəs kişi onun soyadını götürəcəkmi?”.

Amma reallıqda poliandriya Afrika ölkələrində rast gəlinən haldır. Professor Maçoko araşdırma aparıb və qadınların bir neçə kişi ilə evliliyinə dair çoxlu faktlar aşkarlayıb. Baxmayaraq ki, bunlar əsasən gizli nikahlardır.

Cenevrə Hüquq Mərkəzinin hüquqşünası Şarlin Mey isə təklifə tərəfdar olub. Xanım Mey bildirib ki, söhbət bərabərlikdən gedirsə, bu qanun mütləq qüvvəyə minməlidir: “Biz bu hüquq islahatını cəmiyyətimizdəki patriarxal baxışlara zidd olduğu üçün rədd edə bilmərik”./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar