Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ: Hindistanda dəhşətli virus aşkarlandı: Bu yolla keçir

Tarix: 27-06-2021 15:58     Baxış: 3126 A- / A+
 SON DƏQİQƏ: Hindistanda dəhşətli virus aşkarlandı: Bu yolla keçir

Hindistanın Milli Virusologiya İnstitutunun alimləri ilk dəfə yarasalarda “Nipah” (NiV) virusu aşkar ediblər. Bu haqda “The İndian Express” Hindistanın Tibbi Araşdırmalar Şurasının həmin İnstitutla birgə apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verir.

Təbiətdə yarasalarda mövcud olan həmin virus insanlarda ağır xəstəliyə səbəb olur, beyin iltihabı (ensefalit) və ya tənəffüs yolları xəstəlikləri ilə müşayiət olunur. Virus insanlara xəstə yarasanın toxunduğu meyvələr vasitəsilə keçə bilər. Virus olduqca yoluxdurucudur, ona qarşı vaksin və ya hər hansı dərman mövcud deyil. Virusa yoluxanlar arasında ölüm faizi də olduqca yüksəkdir, 40-75% təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı “Nipah”ı dünyada ən təhlükəli virus hesab edir. İlk dəfə virus Hindistanın Qərbi Benqaliya ştatında 2001 və 2007-ci illərdə, 2018 və 2019-cu illərdə isə Kerala ştatında aşkarlanıb. 2020-ci ilin yazından etibarən araşdırmaçılar onlarla yarasa tutublar və onlar üzərində tədqiqat aparıblar, məlum olub ki, həmin yarasalarda “Nipah” virusuna qarşı anticismlər yaranıb.

“Alimlərin sözlərinə görə, təkrar olunan kütləvi yoluxmalar, yüksək ölüm səviyyəsi, virusun insandan insana keçməsi və vaksinin, virusa qarşı dərmanların olmaması Hindistan üçün ciddi təhdid təşkil edir, çünki yarasaların cəmləşdiyi ərazilərdə çoxsaylı əhali yaşayır”, - məqalədə deyilir.

Xatırladaq ki, koronavirusun ikiqat sürətlə və ya ildırım sürəti ilə yoluxan “delta” və “delta plyus” ştammları da Hindistanda aşkarlanıb. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar