Xəbər lenti
“Uçan boşqab”lar milli təhlükəsizlik üçün təhdid elan edildi
Naməlum uçan obyektlər Birləşmiş Ştatlar üçün milli təhlükəsizlik təhdidləri yaradır. Virtualaz.org xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin son hesabatında belə deyilir. Hesabat Konqresə təqdim olunmaq üçün hazırlanıb və son vaxtlar Birləşmiş Ştatlarda naməlum uçan obyektlərin yaratdığı təhdidlər barədə artan narahatlıqlara cavabdır.
“Naməlum hava təzahürləri uçuşların təhlükəsizliyi sahəsində problemlər yaradır və ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid təşkil edə bilər. Təhlükəsizlik sahəsində narahatlıq bundan ibarətdir ki, təyyarəçilər getdikcə daha çox yüklənmiş hava məkanında işləməli olurlar”,-kəşfiyyatın sənədində bildirilir.
Hesabata əsasən xarici rəqiblərin özündə informasiyaların toplanması platformasını əks etdirən naməlum hava vasitələri təhdidlərdən biridir. Qeyd edək ki, ilk dəfədir ABŞ kəşfiyyatı naməlum uçan obyektlərin rəqib ölkələrə aid ola biləcəyini təsdiq edir. İndiyədək ABŞ kəşfiyyatı UNO-ların mövcudluğunu təsdiqləmirdi və bu haqda danışmamağa üstünlük verirdi.
Lakin son vaxtlar ABŞ kəşfiyyatı və Pentaqon UNO-lara dair yayılmış videoları təsdiqləyib və bu naməlum obyektlərin mənşəyinin araşdırıldığını bildirib. İndiyədək ufoloqlar UNO-ların yadplanetlilərə aid olduqları barədə danışırdılarsa artıq ABŞ hərbi və kəşfiyyat strukturları belə naməlum obyektlərin rəqib ölkələrə-Çin və ya Rusiyaya aid ola biləcəklərini mümkün hesab edir.
ABŞ-da getdikcə daha çox ehtimal etməyə başlayırlar ki, rəqib ölkələr hansısa məxfi texnologiya əldə ediblər və onun əsasında naməlum uçan obyektlər kimi təsnif edilən, bir göz qırpımında peyda olub daha sonra yox olan, Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin qırıcılarını təqib edən və ya strateji hərbi obyektlər üzərində uçan kəşfiyyat aparatları düzəldiblər.
Milli Kəşfiyyat Agentliyinin hesabatında deyilir ki, naməlum uçan obyektlər rəqibin hansısa “inqilabi və ya sıçrayış xarakterli” texnologiya əldə etməsinə dəlalət edə bilər.
Hesabatda UNO-ların müşahidə edilməsi barədə 144 hal barədə danışılır. Hansı ki, bu halların heç birini izah etmək mümkün olmayıb. Bununla belə, qeyd olunur ki, həmin naməlum hava təzahürlərinin mənşəyi barədə birmənalı qənaət yoxdur və onların öyrənilməsi böyük zaman, daha sistemli yanaşma və əhəmiyyətli ölçülərdə vəsait tələb edir. Hərçənd kəşfiyyat müşahidə edilən bəzi naməlum obyektlərin aerodinamikanın bəlli qanunlarına ziddi şəkildə uçduqlarını vurğulayır.
Hesabatda naməlum uçan obyektlərin rəqib ölkələrə aid ola biləcəklərinə dair sübutların olmadığı, amma bunun istisna edilmədiyi vurğulanır. Hesabat Konqresin sorğusu əsasında hazırlanıb və son yarım əsrdə ilk belə sənəddir./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar