Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Virusun mənşəyi 20 min il əvvələ gedir: Koronavirusla əlaqədar bütün məlumatlar dəyişə bilər

Tarix: 27-06-2021 11:57     Baxış: 4200 A- / A+
Virusun mənşəyi 20 min il əvvələ gedir: Koronavirusla əlaqədar bütün məlumatlar dəyişə bilər

Amerikalı alimlər koronavirusla bağlı indiyə qədər bilinən bütün məlumatları kökündən dəyişəcək yeniliyə imza atıblar.


"Current Biology" jurnalında yayımlanan araşdırmaya görə, koronavirus 20 min il əvvəl Şərqi Asiya toplumunda görünüb.

Manevr.az xəbər verir ki, bu məlumat virusun məskəninin Çin olması iə bağlı fikirləri yenidən akuallaşdıra bilər.

Qeyd edilir ki, 20 min il əvvəl Şərqi Asiyada bu gün yaşayan insanların DNT-sində təkamül edəcək iz buraxacaq qədər təsirli koronavirus pandemiyası yaşanıb. Bildirilir ki, antik koronavirus sözügedən bölgədə illərcə təsirli olub və mövcud koronavirus peyvəndlə nəzarətə götürülməsə, qorxulu son yaşana bilər.

"Bu, bizi narahat etməlidir. Hazırda yaşadığımız pandemiya nəsillər boyu davam edə bilər", - deyə Arizona Universitetinin araşdırma aparan alimi Devid Enard bildirib.

Enard və araşdırmaya qatılan digər alimlər mövcud koronavirusların genlərinə baxmaqdansa, virus daşıyıcılarının DNT-sindəki təsirlərini araşdırıblar və virusların insan genomunda nəsillər boyu çox böyük dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər.

Təxmin edilir ki, bu genlər antivirus mutasiyalarını ehtimal ki, 20-25 min il əvvəl bir neçə əsr ərzində inkişaf etdiriblər.

Ovçuluq və yığıcılıqla məşğul olan Şərqi asiyalıların sıx icmada yaşamadıqları halda virusun necə bu qədər yayılması sual doğurur. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar