Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlu Jirinovski ilə yollarını ayırdı - Pula görə

Tarix: 26-06-2021 20:13     Baxış: 3227 A- / A+
Oğlu Jirinovski ilə yollarını ayırdı - Pula görə

Rusiya Dumasında vitse-spiker vəzifəsini tutan Vladimir Jirinovskinin oğlu İqor Lebedev payızda keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

Manevr.az xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumatda İ.Lebedevin xeyli müddətdir atası ilə yola getmədiyi bildirilir. Dumadakı yüksək postuna rəğmən, İ.Lebedevin atasının rəhbərlik etdiyi LDPR-də əsas söz sahibi olmaq istəyi baş tutmayıb.

Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Jirinovski deyib ki, oğlunun onlardan ayrılmasına təəssüf edir: “Biz çox təəssüf edirik ki, o, bizimlə deyil. Lakin adamın öz planları, layihələri var.”

“RBK” isə partiyadakı mənbələrə istinadla yazır ki, Jirinovski ilə böyük oğlu İqor arasında maliyyə və partiyanın idarə edilməsi məsələlərində mübahisə yaranıb. Nəticədə İ.Lebedev geri çəkilməli olub və özünün sosial şəbəkə səhifəsində siyasi fəaliyyətini dayandırmaq, payızda keçirilməsi gözlənilən seçkidə namizədliyini verməmək qərarına gəldiyini yazıb.

Sosial şəbəkəlrdə isə Jirinovski ilə oğlunun əsasən pul üstündə mübahisə etdikləri və buna görə yola getmədiklərinə dair məlumatlar yayılır.

Xatırladaq ki, adı müxalif partiya olsa da, Jirinovskinin partiyasının əsasən hakimiyyətə bağlı mənbələrdən maliyyələşdirildiyi məlumdur. Bir çox müxalif siyasətçilər və siyasi ekspertlər isə tez-tez Jirinovskinin “siyasi fahişəlik” yolu ilə böyük var-dövlətə sahib olduğunu qabardırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar