Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qərbə verilən vədin girovuna çevrilib

Tarix: 26-06-2021 17:18     Baxış: 4188 A- / A+
Paşinyan Qərbə verilən vədin girovuna çevrilib

Bu günlərdə Ermənistanda seçkilərdə iştirak etmiş, lakin parlamentə düçməmiş siyasi qüvvələrin nümayəndələri Nikol Paşinyanla görüş keçiriblər.

Manevr.az bildirir ki, bu barədə yerli “Past” qəzeti yazıb.

N.Paşinyan deyib ki, hazırda parlamentdənkənar qüvvələrlə əməkdaşlıq üçün format hazırlanır ki, onların da səsi ictimaiyyət üçün eşidilən olsun.

“Görünür, söhbət demək olar ki, ictimai şura kimi, lakin siyasi qüvvələrin iştirakı ilə məsləhətçi funksiyaları daşıyacaq bir siyasi qurumdan gedir. Bu fikir Qərbin maliyyələşdirdiyi dairələr tərəfindən təklif edilib”, - deyə məqalədə vurğulanıb.

Qəzet, hələ may ayının əvvəlində dərc etdiyi məqalələrinin birində yazırdı ki, Nikol Paşinyan Qərbə, xüsusən də ABŞ-a Qərb qüvvələrinin parlamentə düşmələri üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

"Hazırda o, bu problemi hansısa yolla indi hazırlanan formatda həll etməyə çalışır. İlkin məlumatlara görə, həmin şurada əksəriyyət qərbpərəst qüvvələrdən ibarət olacaq", - deyə yazıda qeyd olunub./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar