Xəbər lenti
Koronavirus haqqında ilk məlumatlar ABŞ bazalarından itib

2019-cu ilin sonunda Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusun orijinal variantının genetik kodu haqqında informasiyalar ABŞ-ın məlumat bazalarından yoxa çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. İnformasiyalar koronavirusun ilk variantının genetik kodu haqqında məlumatı verən çinli alimlərin tələbi ilə silinib. Məlumatlar 2020-ci ilin martında ABŞ Milli Səhiyyə İnstitu tərəfindən Uhandan alınıb. Lakin üç ay sonra Çindən olan mütəxəssislər "genetik ardıcıllıqla bağlı məlumatlar yeniləndi və dəyişdirilməlidir", deyərək onların silinməsini istədi. Nəticədə, SARS-CoV-2 ilə bağlı ilkin məlumatlar Amerika bazalarından silindi.
Ekspertlər koronavirusun mənşəyi və Uhan laboratoriyasından sızma versiyası ilə bağlı müzakirələrin fonunda bu faktın narahatlıq yaratdığını söyləyiblər.
Xatırladaq ki, əvvəllər ABŞ-da COVID-19 virusunun süni mənşəyi ilə bağlı fərziyyə irəli sürülmüşdü. Xüsusilə, keçmiş Amerika prezidenti Donald Tramp ABŞ kəşfiyyat xidmətlərinin Uhan laboratoriyasından sızmasından sonra koronavirusun yayıldığına dair dəlillər olduğunu söylədi./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar