Xəbər lenti
Paşinyan: "Bu, Ermənistan tarixində bəlkə də ən gözlənilməz seçkilər idi”
Ermənistandakı parlament seçkilərinin nəticəsi gözlənilməz olsa da, hakimiyyət göstərdi ki, seçicilərin iradəsinin necə olmasına baxmayaraq, ciddi şəkildə yerinə yetirilməlidir.
Manevr.az bildirir ki, yerli KİV-in xəbərinə görə, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O, 2018-ci ildə də seçkilərin qanuniliyi ilə bağlı qiymətləndirmələrin yüksək olduğunu xatırladıb.
"Həmin vaxt nəticələr aydın olduğu üçün hakimiyyətin seçkiləri saxtalaşdırmağa ehtiyacı olmadığı deyilirdi. Ancaq 2021-ci ildə tamamilə fərqli idi. Bəlkə də bu, respublika tarixində ən gözlənilməz seçkilər idi. Ancaq bu şərtlərdə də dəyərlər sistemimizə sadiq qaldıq. Seçki iradəsini sərbəst ifadə etmək bizim üçün mübahisəsiz bir dəyərdir", - Paşinyan bildirib.
Paşinyan yerli və beynəlxalq müşahidəçilərin seçkilərin demokratik meyarlara uyğun keçirildiyi barədə açıqlama verdiklərini də xatırladıb: "İnanmaq istərdim ki, bununla da Ermənistanda seçki saxtakarlığının səhifəsi bağlandı. Burada həlledici söz seçicilərindir, indi hakimiyyətin taleyin məhz onlar həll edirlər", - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən seçkilər keçirilib. Paşinyanın "Vətəndaş razılaşması" partiyası 53,92% səs alaraq qalib gəlib. Hakimiyyətin əsas rəqibi - keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 21,04% qazanıb./virrualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar