Xəbər lenti
Paşinyan Qarabağ separatçısını nazir gətirir - Anna Akopyanın istəyi ilə
Ermənistanın yeni hökumətinin kimlərdən formalaşdırılacağına dair diskusiyalar getdikcə qızışır.
Manevr.az xəbər verir ki, erməni mətbuatında Nikol Paşinyanın Müdafiə naziri postuna Samvel Babayanı gətirəcəyinə dair məlumatlar yayılıb.
Ermənistanın “İravnuk” qəzetinin yazdığına görə, Babayanın bu vəzifəyə təyin edilməsi üçün Paşinyanın arvadı Anna Akopyan xüsusi canfəşanlıq göstərir. O da qeyd olunur ki, S.Babayanın son müsahibələrində Qarabağdakı məğlubiyyətə görə Paşinyanı qınamağın düzgün olmadığını deməsi və Rusiyanı itiham etməsi də təsadüfi deyil. Və ümumilikdə Babayanın Ermənistandakı növbədənkənar seçkidə tutduğu mövqe Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin maraqlarına uyğun olub.
Xatırladaq ki, Qarabağdakı erməni separatizminin ən fəal və aparıcı üzvlərindən olan S.Babayan 2020-ci ilin noyabrına, yəni Azərbaycanın Ermənistan üzərindəki qələbəsinə qədər qondarma qurumun “təhlükəsizlik şurası”nın katibi vəzifəsini və general-leytenant rütbəsini daşıyıb. Şuşanın müdafiəsinə də onun rəhbərlik etdiyi bildirilir./azpolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar