Xəbər lenti
Ürəkləri sızladan görüntü - 21 lüks avtomobil belə MƏHV EDİLDİ

Filippin Gömrük Bürosu cümə günü son bir neçə ildə ölkəyə qanunsuz yollarla gətirilən və aralarında “Bentley”, “Mercedes-Benz”, “Lotus” ve “Porsche” kimi markaların da olduğu 21 lüks avtomobili hissələrə ayırıb.
Sözügedən avtomobillərin 2018-2020-ci illər arasında ələ keçirildiyi və ümumi dəyərinin 1,2 milyon dollar olduğu bildirilir.
Büro bununla Filippin prezidenti Rodriqo Duterte hökumətinin qaçaqmalçılıqla mübarizədə nə qədər ciddi olduğuna dair ciddi bir mesaj göndərməyə çalışıb.
1,2 milyon dollar dəyərində olan bu avtomobillərin məhv edilməsi Dutertenin prezidentliyə başladığı 2016-cı ildən bəri ən böyük belə aksiya deyil. 2018-ci ildə 8 milyon dollar dəyərində olan 68 avtomobil və 8 motosiklet hissələrə bölünmüşdü. Məhv edilən avtomobillər arasında “Porsche 911”, “Mercedes-Benz SLK”, “Nissan Z”, “Ford Mustang”, “BMW M5” və “Lamborghini Gallardo” da olub.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar