Xəbər lenti
İyunun 26-dan maska rejimi ləğv olunacaq - İspaniyada

İspaniyada COVID-19 pandemiyasının başlanğıcından tətbiq edilən maska rejimi iyunun 26-dan ləğv olunacaq.
"Bu şənbə və bazar günləri bizim ictimai yerlərdə maska taxmağa məcbur olduğumuz son istirahət günləridir. Yaxın zamanda bizim üzümüz və bizim küçələr əvvəlki görkəminə qayıdacaq", - deyə Baş nazir Pedro Sançes bildirib. Onun sözlərinə görə, bu barədə tədbirlər növbəti cümə axşamı günü, iyunun 24-də Nazirlər Şurasının növbədənkənar iclasında təsdiqlənəcək.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada maska taxmaq məcburiyyəti ilk dəfə 2020-ci ilin mayında ictimai nəqliyyatda tətbiq edilib. Bundan bir neçə həftə sonra 6 yaşdan yuxarı sakinlərin küçələrdə maska taxmasına qərar verilib.
Pandemiyanın statistikasını aparan Worldometer saytının iyunun 17-nə olan məlumatına əsasən, İspaniyada koronavirusa 3,75 milyondan çox yoluxma və 80,6 mindən çox ölüm halı qeydə alınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar