Xəbər lenti
Ermənistanda deputatlığa namizəd xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçki başlayar- başlamaz demək olar ki, bütün məntəqələrdə neqativ hallar, qanun pozuntuları müşahidə olunur. Bu barədə ölkə mətbuatı davamlı məlumatlar yayır.
Manevr.az news.am-a istinadən xəbər verir ki, Masisin Azataşen kəndindəki 11/11 seçki məntəqəsində də gərgin vəziyyət yaranıb.
Bu barədə "Verelk" partiyası öz Facebook səhifələrində məlumat verib.
"Verelk"i təmsil edən vəkil qanun pozuntusunun şahidi olub və bu barədə açıqlama verilməsini istəyib. Bundan sonra seçki məntəqəsində mübahisə yaranıb və davayla nəticələnib.
Hadisə zamanı zərər çəkən "Verelk" partiyasının vəkili və deputatlığa namizəd xəstəxanaya aparılıb. Partiya təmsilçiləri müvafiq qurumlardan bu hadisənin obyektiv və qərəzsiz araşdırılmasını tələb ediblər.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar