Xəbər lenti
Separatçılar tankları təmas xəttinə yığır
Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahı (BQƏQ) tanınmamış Donetsk və Luqansk Xalq respublikalarını (DXR və LXR) atəşkəs rejimini pozmaqda ittiham edib.
Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Məlumata görə, tanklar təmas xəttinə çəkilib. "Ukrayna hökuməti tərəfindən müvəqqəti nəzarətə alınmamış ərazilərdə Donetsk vilayətinin Boykovskoye yaşayış məntəqəsində beş T-64 tankı yerləşdirilib", - deyə BQƏQ-in məlumatında bildirilib.
Bundan başqa, DXR və LXR ATƏT müşahidəçilərinin işinə mane olmağa davam edirlər. Məsələn, Bessarabki yaxınlığında yerləşən blok-postdakı missiya komandasına, koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərə istinad edərək, bölgəni tərk etməyi əmr ediblər. Halbuki həmin vaxt müşahidəçilər mülki nəqliyyat vasitələrinin hər iki istiqamətdə sərbəst hərəkəti faktını qeyd ediblər.
"Bu cür hərəkətlər qəbuledilməzdir və BQƏQ missiyasının bütün Ukrayna ərazisinə təhlükəsiz və maneəsiz girişini təmin edən səlahiyyətinə ziddir", - deyə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahından bildiriblər.
İyunun 18-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Donetsk və Luqansk vilayətlərinin nəzarətsiz ərazilərinin sakinlərinin Rusiya pasportlarını alması Minsk sazişlərinə yenidən baxılması üçün "fundamental şeydir".
Bundan əvvəl isə Ukrayna nümayəndə heyətinin Üçtərəfli əlaqə qrupundakı spikeri Aleksey Aristoviç Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşünün yekunlarına dair Minsk razılaşmalarına dəyişiklik etməyə çağırıb. O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərindən əvvəl yeni müddəalar formalaşdırılmalıdır./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar