Xəbər lenti
“Onların əsl məqsədi hakimiyyəti ələ keçirib, qisas almaqdır” - Ter-Petrosyan
“Bu dəfə səhv etməyə ixtiyarınız yoxdur”.
Manevr.az xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 20 iyun parlament seçkisi ərəfəsində xalqa belə bir çağırış edib. Xatırladaq ki, Ter-Petrosyan özünün Erməni Milli Konqresi partiyasının seçki siyahısına başçılıq edir.
Keçmiş prezident deyib ki, hazırda ölkə həlledici dilemma qarşısındadır. Onun fikrincə, dövlət stabilliyinin bərpası ilə böhranın daha da dərinləşməsi arasında seçim etməlidir.
Ter-Petrosyan əlavə edib ki, seçkiqabağı kampaniya qarşıduran radikal tərəflərin hələki ikinci variantı – böhranın dərinləşməsi variantını seçdiyini göstərir: “Bu qüvvələrin gələcək barədə danışmağa sözləri yoxdur. Onların nikbin vədləri və gözəl proqramları əsl niyyətlərini gizlətmək və adamları aldatmaq üçün yalnız bir pərdədir. Onların əsl məqsədi hakimiyyəti nəyin bahasına olursa olsun ələ keçirib, inzibati, maliyyə, media və kriminal resurslardan istifadə etməklə opponentlərindən qisas almaqdır. Onlar hətta toqquşmalardan və vətəndaş müharibəsi başladacaqlarına dair hədələrdən də çəkinmirlər”.
Levon Ter-Petrosyan deyib ki, bu qüvvələrin dövlət maraqları barədə təsəvvürləri yoxdur: “Bu isə o deməkdir ki, bu qüvvələrdən istəniləninə könüllü və ya məcburi səs verəcək vətəndaşlar ölkəmizdəki vəziyyətin daha da pisləşməsində iştirak edəcəklər. Mən sizin sağlam düşüncənizə və həlledici məqamlarda düzgün qərar qəbul etmək qabiliyyətinizə inanıram. Bu dəfə sizin səhv etmək ixtiyarınız yoxdur”.
Bəzi ekspertlərin fikrincə bu seçkidə iqtidara əsas opponent olacaq Hayastan blokunun lideri, keçmiş prezident, uşaq qatili Robet Köçəryan da xalqa 12 günlük kampaniyanı yekunlaşdıran video ilə müraciət edib.
Köçəryan prezident də 20 iyunun ölkənin həyatında taleyüklü gün olduğunu deyib: “Bu gün Ermənistan vətəndaşları ləyaqətli sülhlə alçaldıcı rüsvayçılıq, firavan həyatla ümidsiz yoxsulluq arasında seçim etməlidirlər”.
Köçəryan ümid etdiyini bildirib ki, adamlar bu dəfə aldanmayacaq, nadanlığı və şəri rədd edəcəklər: “Sizə çağırış edirəm! Gəlin evimiz Ermənistanı yenidən abad edək. Uzunmüddətli sülh əldə edək, yaralarımızı sağaldaq, qəhrəmanlarımızın xatirəsini əbədiləşdirək və onların igidliynə məna verək. İnanıram ki, səhv etməyəcəksiniz...”/azpolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar