Xəbər lenti
Beynəlxalq axtarışa verilən Ara Abrahamyan Bakını məhkəməylə hədələdi
Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan beynəlxalq axtarışa verildiyi barədə hələ rəsmi məlumat almayıb və Bakının ona qarşı ittihamlarını cəfəngiyat hesab edir.
Manevr.az "sputnik armenia"ya istinadla xəbər verir ki, bunu Abrahamyan RİA Novosti-yə deyib.
"Azərbaycan prokurorluğu nə istəsə elan edə bilər, bu məni narahat etmir. Onlar Qarabağda insan haqlarını pozan cinayətkarları ilə məşğul olsalar daha yaxşı olar. Bakının qərarı boş şeydir və mən bundan narahat deyiləm. Mənə gülməli gəlir. Mən günahsızam və mənim heç bir problemim ola bilməz",- deyə SAR rəhbəri bildirib.
Axtarış barədə hələ heç bir bildiriş və rəsmi məlumat almadığını vurğulayan Abrahamyan haqqında verilən qərarla bağı beynəlxalq məhkəmələrə müraciət edəcəyini və "Azərbaycanın hərbi cinayətlərinin araşdırılmasını tələb etmək" niyyətində olduğunu bildirib.
"Ümid edirəm ki, özlərinin mühakimə olunacağı vaxt gələcək",- deyə Abrahamyan qarşı tərəfi günahlandırıb.
Azərbaycan Baş Prokurorluğu Abrahamyanla yanaşı, bundan əvvəl Tashir şirkətlər qrupunun prezidenti Samvel Karapetyan və Royalsys Engineering şirkətinin rəhbəri David Galstyan üçün də beynəlxalq axtarış elan etmişdi. Agentliyin məlumatına görə, onlar 2001-2021-ci illərdə Ermənistan ərazisindən qaçaqmalçılıq yolu ilə Qarabağa iri çaplı hərbi odlu silah, döyüş sursatı, partlayıcı maddələr və cihazlar gətirməkdə təqsirli bilinirlər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar