Xəbər lenti
Levon Ter-Petrosyan: "Seçkilər nəticəsində Ermənistanı itirə bilərik..."

"Seçkidən sonra heç bir qarşıdurmanın olmayacağı istisna deyil".
Manevr.az news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan bu gün jurnalistlərlə görüşündə deyib.
"Seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq buna güvənmək olmaz. Hər iki tərəf hansısa bir addım atacaq. Artıq mitinqlərə sifariş veriblər, niyyətləri aydındır”,- deyə o qeyd edib.
Ter-Petrosyan, bu yolu tutacağı təqdirdə ölkənin bir ildə ikinci məğlubiyyətə uğrayacağını bildirib. "Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birlərinə qarşı müharibə elan ediblər, onların hər hansı bir avantürüst oyun oynaması gözlənilir. Ayılmaq vaxtıdır, əks təqdirdə müharibə nəticəsində Artsaxı itirdiyimiz kimi, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Mən şişirtmirəm, əgər vətəndaş toqquşmaları baş versə, belə olacaq”,- deyə eks prezident vurğulayıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar