Xəbər lenti
Tatoyan: Əliyevin "Zəngəzur dəhlizi" ilə bağlı açıqlaması terrordur
"Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur dəhlizi" ilə bağlı açıqlaması Ermənistanın bütün əhalisinə qarşı açıq bir terrordur".
Manevr.az "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Ombudsmanı Arman Totoyanın bəyanatında deyilir.
Ombudsman bildirib ki, bundan əvvəl Azərbaycan Prezidenti Dövlət Televiziyasına və Radiosuna verdiyi müsahibədə “Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizini icra edəcəyik" söyləyib. Eyni zamanda, Azərbaycan lideri məsələni zorla həll etməklə hədələyib. O müharibədən sonra Əliyevin vaxtaşırı faşist siyasətinə şahidlik edən açıqlamalar verdiyini vurğulayıb.
Ombudsmanın sözlərinə görə, bu yolla Azərbaycan Prezidenti etnik nifrəti və xarici düşmənliyi dərinləşdirir və təbliğ edir. Tatoyana görə, məhz bu siyasət müharibə zamanı və sonrasında erməni hərbçilərinə və mülki şəxslərə qarşı edilən vəhşiliklərin səbəbi oldu.
Arman Tatoyan beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə və cinayət sükutunu pozmağa səsləyib. İnsan Hüquqları Müdafiəçisi beynəlxalq strukturları bu həqiqətə diqqət yetirməyə çağırıb və məhz beynəlxalq birliyin susqunluğunun Azərbaycan tərəfindən yeni qəddarlıq hallarına və erməni əhalisinin hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar