Xəbər lenti
Sarqsyan müharibədə itkin düşmüş erməni hərbçilərin dəqiq sayını açıqladı
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi itkin düşən hərbçilərin sayını göstərən sənəd yayıb.
“Sputnik Armenia”ya xəbər verir ki, sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.
Sənədə əsasən, itkin düşənlərin sayı baş nazir Nikol Paşinyanın 14 aprel tarixində parlamentdə çıxışı zamanı iddia etdiyi kimi 321 deyil, təxminən üç dəfə çoxdur.
Sənəddə itkin düşənlərin sayının 1064 nəfər olduğu bildirilir. Bundan başqa, onların ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.
Bundan əvvəl S.Sarqsyan Kotaykda təşviqat kampaniyası zamanı sənədin onun telefonunda olduğunu və ictimaiyyətə açıqlanacağını bildirmişdi. O qeyd edib ki, baş nazir itkin düşənlərin dəqiq sayını cəmiyyətdən gizlədərək fərqli rəqəm söyləyib.
“Qoy heç olmasa çıxsınlar və insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - Sarqsyan belə deyib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar