Xəbər lenti
Yunanıstana qaçmaq istəyən miqrantlar arasında bir Azərbaycan vətəndaşı da var

Qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan 51 nəfər Türkiyə Sahil Mühafizə Komandanlığı tərəfindən saxlanılıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Çanaqqalanın Ayvacık mahalındakı Babakale burnundan bir qrup şəxsin gəmi vasitəsilə yola düşməsi ilə bağlı məlumat daxil olub. Hərəkətə keçən əməliyyatçılar onların yerini dəqiqləşdiriblər. Xəbərdarlıqlara baxmayaraq gəmi Midilli adasının qərbinə doğru qaçmağa davam edib.
Bundan sonra Sahil Təhlükəsizlik Komandanlığı bir gəmi və iki katerlə əməliyyata başlayıb. Əməliyyat nəticəsində gəmi Babakale burnundan 42 mil uzaqlıqda beynəlxalq sularda dayandırılıb.
Gəmidəkilərin 49-u Pakistan, 1-i Azərbaycan və 1-i Ukrayna vətəndaşı olmaqla 51 nəfər tutulub və saxlanılanlar Küçükkuyu limanına gətirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar