Xəbər lenti
İran Avropa ölkələri ilə hava əlaqəsini bərpa edir

Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur.
Bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib. O bildirib ki, “Lufthansa” aviaşirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.
H.Zibaxış qeyd edib ki, iyunun 17-dən Avstriyanın “Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan COVID-19 testi götürüləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































