Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan ordusu düşündüyünüz qədər güclü deyil, onları məğlub etmək olar"- Xaçaturov

Tarix: 13-06-2021 19:58     Baxış: 4361 A- / A+
"Azərbaycan ordusu düşündüyünüz qədər güclü deyil, onları məğlub etmək olar"- Xaçaturov

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov əmindir ki, yeni müharibə olmayacaq.

Manevr.az bildirir ki, bu barədə Sputnik xəbər verib.

Qarabağda müharibə Azərbaycan ordusunu əməlli-başlı sarsıtmışdır və o, özünü göstərməyə çalışdığı qədər güclü deyildir. Bu barədə KTMT-nin keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov Noyemberyandakı "Ayastan" blokunun təşviqatı zamanı bildirib.

"Bizi qorxudan müharibə olmayacaq. Azərbaycan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var, çoxlu texnikası sıradan çıxmışdır. Bu gün o qədər də güclü deyil. Onlar görürlər ki, onların qarşısında dayanan erməni əsgəri var." deyə o bildirib.

Xaçaturovun sözlərinə görə, mövcud hakimiyyətdən başqa, "Azərbaycandan qorxmayan və onunla bərabərhüquqlu dialoq aparmaq istəyən kişilər də var".

Xatırladaq ki, 44 günlük müharibədə Azərbaycan ordusu dünya hərb tarixində yeni eraya start verdi.Düşmən ordusunun təqribən 80 faiz texnikası sıradan çıxarıldı və ya hərbi qənimət kimi lə keçirildi.İndiyədək İrəvan morqlarında ölmüş erməni əsgərlərinin cəsədləri saxlanılır.Bəzi ehtimallara görə Ermənistan ordusu bu müharibədə 8 min nəfərdən çox itki verib.

Azərbaycan ordusu isə maddi texniki bazasını gücləndirməyə davam edir.Həm milli istehsal hesabına, həm də, xarici idxal hesabına Azərbaycan ordusunun modernləşdirilməsi davam etdirilir.Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siyahısında yer alır./qalanews

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar