Xəbər lenti
Trampın köhnə müşaviri Rusiyaya dost, yenisi düşmən çıxdı
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp general Herbert Harmond Makmasteri özünü milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edib.
Daha öncə bu vəzifəni digər keçmiş hərbçi, general-leytenant Maykl Flinn tuturdu. Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kisylakla apardığı danışıqlara görə vəzifəsindən qovulmuşdu.
Maykl Flinndən sonra boşalan bu mühüm vəzifə müvəqqəti olaraq Kit Kelloq tərəfindən icra edilirdi.
Ağ Evin mətbuat katibi Şon Spayser Kit Kelloqun milli təhlükəsizlik şurasında qalacağını bildirib.
Bundan sonra o, milli təhlükəsizlik şurasının qərargah rəisi olacaq.
Makmaster ABŞ-ın hərbi dairələrində çox ağıllı taktika və strategiya ustası kimi tanınır. Lakin onun təyinatı politoloqları olduqca təəccübləndirib. Məsələ burasındadır ki, milli təhlükəsizlik şurasının yeni rəhbəri başının üstündə heç bir avtoriteti qəbul etməyən və səhv hesab etdiyi istənilən fikrə şübhə ilə baxan və vəzifəsindən asılı olmayaraq bunu üzünə söyləyən adam kimi tanınır.
Ekspertlərin marağına səbəb olan da generalın heç bir tənqidi qəbul etməyən bir prezidentlə necə çalışacağıdır.
Hər halda Tramp onu olduqca istedadlı və təcrübəli bir insan kimi təqdim edib.
54 yaşlı Herbert Makmaster daha çox Vest-Poynt kim tanınan ABŞ hərbi akademiyasının məzunudur. 2014-cü ildə o, “Time” jurnalı tərəfindən dünyanın ən qüdrətli adamlarının siyahısında göstərilib. Bu siyahıda Makmaster “ABŞ-ın gələcək ordusunun memarı” kimi təsvir edilib.
General Makmaster ABŞ-ın müdafiə naziri Ceyms Mettis kimi döyüşlərdə ad çıxarmış hərbçidir. Makmaster İran körfəzindəki müharibədə göstərdiyi şücaətə görə “Gümüş ulduz” medalına layiq görülüb. Həmin vaxt onun komandanlığı altındakı 2-ci süvari alayı özündən qat-qat üstün İraq ordusunun çoxsaylı briqadasını məhv edib.
General Makmaster ən çox 1997-ci ildə “Öhdəliklərin icra edilməməsi” kitabı ilə məşhurlaşıb. Həmin kitabda o, ölkənin siyasi və hərbi rəhbərliyinin Vyetnam müharibəsindəki fəaliyyətini sərt şəkildə tənqid edib.
General həm də İraqda düşünülməmiş və düzgün seçilməyən müharibənin əleyhinə olduğunu bildirib. Müşahidəçilərin bildirdiyinə görə, körfəz müharibəsi zamanı o tabeliyindəki zabit və əsgərlərə İraqın tarix və mədəniyyətini öyrədib. Şahidlərin söylədiyinə əsasən, general şəxsən özü onlara İslam dini ilə bağlı mühazirələr oxuyurmuş və dinləyicilərə sünnilər, şiələr və digər məzhəblərlə bağlı fərqləri anladırmış.
Yeni müşavir sələfindən fərqli olaraq Putin Rusiyasına qarşı sərt mövqeyi ilə də seçilir.
Hələ 2015-ci ildə o, ABŞ rəhbərliyinə Rusiyanın Ukraynada törətdiyi hərəkətlərdən dolayı “ön sərhədlərdə durdurma” prinsipini tətbiq etməyə çağırıb.
“Biz anlamlıyıq ki, müharibə yalnız döyüş meydanında aparılan rəqabət deyil. Müharibə həm də Rusiyanın da rusdilli azlıqları qorumaq bəhanəsi ilə effektiv şəkildə istifadə etdiyi siyasi diversiya fəaliyyətinə qarşı mübarizə də tələb edir”, - general qeyd edib.
Ekspertlərin fikrincə, Herbert Makmasteri Ağ Evdə İraq ordusundan daha çətin rəqib ordusu gözləyir.
Buna görə Makmasteri yaxşı tanıyan polkovnik Sedrik Leyton CNN-ə verdiyi müsahibədə onun Ağ Evə yeni keyfiyyət gətirəcəyini qeyd etsə də, xeyirli olacağına o qədər əmin olmadığını söyləyib: “Şübhəsiz o, Ağ Evi silkələyəcək. Lakin elə etmək lazımdır ki, sistem bundan zərər görməsin”, - Leyton qeyd edib.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsilik məsələləri üzrə müşaviri dövlət başçısının beynəlxalq münasibətlər və milli təhlükəsizlik sahəsində əsas məsləhətçisi sayılır. Bu post 1953-cü ildə prezident Duayt Eyzenhauerin zamanında təsis edilib.
Müşavir prezidentin icra ofisinin üzvü sayılır. Müşavirin otağı Ağ Evin qərb hissəsində yerləşir.
Onun özünün xüsusi qərargahı və əməkdaşlar personalı var.
Qərargah alınan məlumatların incələnməsi, təhlili ilə məşğul olub bunu raport şəklində prezidentə və milli təhlükəsizlik şurasına təqdim edir.
Adətən müşavirlər xarici siyasət sahəsində xüsusi biliyə malik insanlardan, keçmiş diplomatlardan və ya hərbçilərin arasından seçilib təyin edilir. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar