Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda məmurların hamısı oğrudur” - Vanetsyan

Tarix: 13-06-2021 17:16     Baxış: 4180 A- / A+
“Ermənistanda məmurların hamısı oğrudur” - Vanetsyan


Təkcə müharibə zamanı 2020-ci ildə özlərinə 40 milyon ABŞ dolları məbləğində mükafat payladılar

"Hakimiyyətdə olanlar ölkəni talan edirlər. Onlar korrupsiya ilə mübarizə aparmaları barədə aləmə car çəkirlər. Ancaq özləri korrupsioner və təsadüfən hakimiyyətə gəlmiş gənc oğrulardılar".

Bunu Ermənistanın müxalif "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan seçicilərlə görüşündə deyib. O, vəzifədə olduğu dövrdə dövlətdən oğurlanan vəsaitlərin bir hissəsinin büdcəyə qaytarıldığını bildirib. Vanetsyan, həmçinin qeyd edib ki, indiki məmurlar rahat kabinetlərində oturaraq, dövlət büdcəsini qarət etməklə məşğuldurlar.

“Hamı oğurlayır. Təkcə müharibə zamanı 2020-ci ildə özlərinə 40 milyon ABŞ dolları məbləğində mükafat payladılar. Nə üçün, bəlli deyil", - deyə Vanetsyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın komandasını oğurluqda ittiham edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar