Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsində QORXUNC AKTİVLƏŞMƏ - Dünya əhalisindən gizlədilir

Tarix: 13-06-2021 14:45     Baxış: 4228 A- / A+
Yer kürəsində QORXUNC AKTİVLƏŞMƏ - Dünya əhalisindən gizlədilir

Norveç, ABŞ, Kanada və İngiltərədən olan elm adamları qrupu Arktikada buzlaqların əvvəllər düşünüləndən iki qat daha sürətlə əridiyini təsbit edib.

Manevr.az xəbər verir ki, bu barədə “The Cryosphere” yazıb.

Tədqiqatçılar 2002-2018-ci illər arasında dəniz buzunun qalınlığını ölçüblər. Arktikanın yeddi dənizindən dördündə ortalama buz qalınlığının peykdən əldə edilən ənənəvi iqlim məlumatlarına nisbətən 60-100% arasında daha sürətlə azaldığı üzə çıxıb.

Alimlərə görə, dəniz buzunun qalınlığı Arktikadakı iqlim dəyişikliyinin göstəricisidir. Qlobal istiləşmə ən çox bu bölgədə özünü büruzə verir və burada orta temperaturun artması rekordları qırır, bu da quru və dənizdə buz təbəqələrində sürətlə əriməyə səbəb olur. Bölgədə gedən ümumi tendensiyanın gizlədilməsinə baxmayaraq, tədqiqatçılar bölgənin buz örtüyündə statistik olaraq əhəmiyyətli azalmalar aşkar ediblər.

Daha qalın buz izolyasiya və ya müdafiə qalxanı rolunu oynayır, qışda okeanın atmosferi qızdırmasından və ya yayda okeanı Günəş şüalarından qoruyur. Demək olar ki, incə buz layları yayda tamamilə əriyib yoxa çıxır./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar